Logo

Şirkətin təsviri

"Cybernetics" MMC, 2020-ci ildə qurulub və kibertəhlükəsizlik həllərinin təmini, kibertəhlükəsizlik sektorunda ixtisaslaşdırılmış mütəxəssislərin hazırlanması, korporativ şirkət və qurumlarda təhlükəsizlik xidmətlərinin göstərilməsi, yeni nəsil təhlükəsizlik texnologiyalarının yaradılması, inkişafı, yerli təhlükəsizlik məhsullarının istehsalı, dünya bazarına ixracı, eyni zamanda ölkəmizdə "Rəqəmsal ekspertiza" (Digital forensic) sahəsinin formalaşması məqsədini daşıyır. Şirkətimiz "SISLAT" milli brendi ilə şəbəkə və informasiya təklükəsizliyi qurğularını (firewall, hotspot, 2FA və s.) istehsal edir.

Şirkətin hədəfləri

Azərbaycan bazarında kibertəhlükəsizlik sahəsində ən etibarlı şirkət olmağı, məhsulların istehsalını yerli və dünya bazarına çıxarılmasını hədəfləyir.

Şirkətin öhdəlikləri

"Cybernetics" MMC, Azərbaycan şirkəti olaraq müştərisinin etibarı, məlumat gizliliyi və məmnunluğunu daim prioritet tutaraq fəaliyyət göstərir. "Cybernetics" MMC, müştəriyönümlü beynəlxalq etibarlı şirkət olmağı hədəfləyir. Bu istiqamətdə aşağıdakı öhdəlikləri daşıyır:

card

Kibertəhlükəsizlik sahəsində qabaqcıl məhsullar və xidmətlər təklif etmək

card

Müştərilərimiz və biznes tərəfdaşlarımız üçün dürüst və etibarlı xidmət göstərmək

card

Müştərilərin ehtiyaclarını nəzərə alaraq, səmimiyyətlə problemləri operativ və effektiv həllini təmin etmək

card

Davamlı inkişafa uyğun yeni məhsul və texnologiyaların yaradılması

card

Bilik, bacarıq və texnologiyalarımızı bölüşərək informasiya cəmiyyətinə töhfə vermək

Keyfiyyət siyasəti

"Cybernetics" şirkətinin prioritet keyfiyyət siyasəti müştəri məmnuniyyətini təmin etməkdir.

  • İstehsal və xidmət prosesini yerli və beynəlxalq standartlara uyğun olaraq həyata keçirmək
  • Əməkdaşların xidmət keyfiyyətinin artırılması məqsədilə mütəmadi təlimlərdə iştirakını təmin etmək
  • Həyata keçirilən işləri qabaqcıl texnologiyalardan istifadə edərək operativ və effektiv şəkildə təmin etmək
  • İşin və xidmətlərin davamlılığını təmin etmək üçün lazımi planları hazırlamaq və həyata keçirmək, şirkətin tələb etdiyi standartlara uyğun olaraq audit xidmətini həyata keçirmək
  • Təşkilati yanaşma və keyfiyyətin davamlı olaraq yaxşılaşdırılması məqsədilə innovativ uyğunlaşma siyasətini tətbiq etmək
  • Təchizatçılarımıza dəstək olmaq, inkişaf prosesləri və keyfiyyət səviyyələrini artırmaq
  • Xidmət keyfiyyətimizi müştərilərimizə vaxtında və etibarlı əks etdirmək
  • Ətraf mühitlə ahəngdar işləmək
  • Qanuna uyğun və digər şərtlərə uyğun işləmək

Şirkətin dayanıqlığı

"Cybernetics" MMC kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış və əsas fəaliyyət istiqaməti olaraq nəzərdə tutulmuş hüquqi şirkətdir. "Cybernetics" MMC ölkədaxili və beynəlxalq kibertəhlükəsizlik şirkətləri ilə əməkdaşlıq edir və maddi texniki bazanın yaradılmasında beynəlxalq təcrübələrə malikdir. Bununla birlikdə şirkətdaxili fəaliyyət göstərən mütəxəssislər də elmi-pedoqoji sahədə yerli və beynəlxalq təcrübələr qazanmışdır. "Cybernetics" MMC-nin yuxarıda göstərilən xüsusiyyətləri şirkət fəaliyyətini dayanıqlı şəkildə həyata keçirəcəyini göstərən meyardır.